Saytın xəritəsi
Əlaqə
English
version
Русская
версия




Stendlər

Fərdi stendlər:

Индивидуальные стенды
Fərdi dizayn-layihə əsasında hazırlanaraq tikilmiş sərgi stendi həm eksteryerin modelləşdirilməsi, həm də interyerin təşkili baxımından istənilən fantaziyanızı gerçəkləşdirməyə imkan verəcək. Stendlərin hazırlanması sahəsində ən müasir material və texnologiyalarla yanaşı, geniş iş təcrübəsinə də malik olan mütəxəssislərimiz sizin arzularınızı "xay-tek"dən tutmuş "ar-nuvo"ya kimi ən geniş zövqə və istənilən büdcəyə uyğun gerçəkləşdirməyə hazırdırlar. Bunun üçün sizin sərgidə boş bir sahə tutaraq bizimlə əlaqə saxlamağınız və öz arzularınızı səsləndirməniz kifayətdir.

Modul stendlər:

Модульные стенды
Asanlıq və sadəlik modul stendlərini fərqləndirən ən başlıca ünsürlərdir. Minimal vəsait və vaxt sərf etməklə siz sərgidə iştirak etmək üçün icarəyə götürdüyünüz sərgi pavilyonunu funksional şəkildə və keyfiyyətlə təşkil edə bilərsiniz. Bizim mütəxəssislər stenddə məhsuldar iş və rahatlıq üçün lazımı mebel dəstlərinin və digər əlaqədar xidmətlərin seçimində sizə yardım edə bilərlər. Modul stendləri şirkətimiz tərəfindən Almaniya istehsalı olan "OCTANORM" və "MAXIMA" sistemlərinin peşəkar sərgi konstruktorlarından hazırlanır.

Milli və ya kollektiv stendlər:

Национальные и коллективные стенды
Əgər Siz sərgidə milli stendlə və ya şirkətlər qrupu ilə iştirak etməyi planlaşdırırsınızsa, sizə müvafiq stend lazım olacaq. Bu stendlər modul və ya qarışıq sxem üzrə layihələşdirilir. Aşağıdakı elektron istinad linkini seçməklə bizim daha öncə hazırladığımız və kollektiv iştirak üçün nəzərdə tutulan stend nümunələrinə baxa bilərsiniz.


BİZƏ QOŞULUN!
VALYUTA MƏZƏNNƏSİ
  24/09/2017 25/09/2017
USD 1.7008 1.7008
EUR 2.0342 2.0342
GBP 2.3097 2.3097
RUR 0.0294 0.0294
HAVA



AzExpoMontage is Copyright © 2000-2017 Bütün hüquqlar qorunur. Hosted by VebTek